Journal

Explore our blog for efficient resources, insightful articles and online lessons on the topics you care about.

5 Çatbotları tərəfindən asanlıqla həll oluna bilən biznes çətinlikləri

2018-04-09 331

“Artificial Solutions”
şirkətinin Marketing Direktoru Endi Part(Andy Peart) “insidebigdata” saytına verdiyi müsahibədə bildirib ki, müştəri ilə münasibət rəqəmsal transformasiyanın əsas səbəbidir lakin yenə də bir çox şirkətlər bu sahədə geridə qalıblar. Bu sahədə 25 ildən çox təcrübəsi olan Endi Avropa və Amerikanın bir sıra qabaqcıl şirkətlərində marketinq əməliyyatlarının rəhbəri olub və hal-hazırda “Artificial Solutions” şirkətinin strateji mövqesinə nəzarət edir.

İntervyuda Endi son zamanlar gündəmdə olan çat botları ilə satış bazarında edilən 5 çevriliş barəsində danışır:


Müştəri xidmətləri

Çatbotları, virtual müştəri agentləri, virtual yardımçılar və digər müxtəlif adlar altında işləyən proqramlar illərlə müxtəlif şirkətlər tərəfindən istifadə olunub. Bugün isə əvvəlkindən fərqli olaraq işə yaramaq üçün çatbotlar ağıllı, məqsədli və çox dəqiq olmalıdırlar.

Düzgün qurulmuş çatbot sizin şirkətə üçün vacib məlumatı yığa, trendləri izləyə və gəliri artıra bilər.

 

Virtual Satış Assistentləri

Gartner şirkətinin verdiyi məlumata görə 2021-ci ilə qədər öz veb saytına “səs axtarışı” funksiyasını qoşan şirkətlər rəqəmsal bazarda 30% artım görəcəklər. Lakin bu proses səsləndiyi kimi sadə deyil, virtual satış assistenti yalnız dinləməli deyil həmçinin proaktiv olmalıdır və müştərinin tələblərini hətta çətin cümlələrdə də anlamalıdır. Virtual yardımçı öz məlumat bazasına istinad edərək müştərini maraqlandıra biləcək məhsulları tapmalıdır.

Satışdan əlavə olaraq bu tip virtual botlar müştərinin davranışını analiz edib hansı hallarda satışın baş tutub tutmadığını müqayisə edib nəticə çıxara bilər.

 

İkinci xətt dəstək

Bir çox virtual köməkçilər xarici mühitlə əlaqədə olub müştərilərə yardımçı olmağa çalışır. Buna baxmayaraq şirkət işçiləri hansısa məlumatı daha dəqiq və ya yığcam şəkildə tapmaq üçün özləri şirkət botlarından istifadə edirlər.

Belə halların təkrarlanması botların yalnız müştərilərə yox həmçinin işçilərə yardım edə bildiyini göstərir. Hal-hazırda bir çox şirkətlər məlumatın dəqiqliyi və cavabların eyni olması üçün şirkətdaxili botlardan istifadə edirlər.

 

Danışan İstifadəçi İnterfeysi

Müştəri xidmətləri, texniki yardım və satış botların istifadəsi üçün yeganə sahə deyil. Hər gün daha çox şirkətlər öz proqramlar və saytlarına ağıllı botlar qoymaqla istifadəçinin işini rahatlaşdırır. İstədiyiniz reportun adını, tarixi deyib onu önə gətirmək və ya komputerdə yarımçıq qalmış xəbəri mobil telefona avtomatik göndərmək kimi tapşırıqları bugünki botlar asanlıqla həyata keçirirlər.

Əvvəllər havanı bilmək üçün və ya mahnı qoşmaq üçün istifadə olunan asistentlər bugün Power BI, Google Analytics kimi proqramlarda çox böyük işlər görür və şirkətlərin qabaqcıllığını nümayiş etdirir.

 

Hamar Müştəri Təcrübəsi yaratmaq

Birinci istifadəyə verildiyi gündən süni intellektin əsas məqsədlərindən biri cavabların maksimal dərəcədə real insan tərəfindən verilmiş cavaba oxşamağıdır. Buna baxmayaraq bugünə kimi istifadə olunan botlar və proqramlar tez-tez istifadəçini səhv anlayır və müştəridə inamsızlıq yaradır. Göstərilən hal hazırkı dövrdə süni intellektin inkişafını zəiflədən əsas amillərdən biridir.

Problemi həll etmək üçün şirkətlər müştərilərinə üz tutmalı və onlardan botları mükəmməlləşdirməkdə yardım istəməlidilər. Yüzlərlə və minlərlə insanların botlara verdiyi komentariyalarla botlar mükəmməlləşə və hər bir vəziyyətə uyğun xüsusi cavablar verə bilərlər hansıki Machine Learning vasitəsi ilə tam ideal vəziyyətə gətirilə bilər.

 

Tam məqaləni ingilis dilində burada oxuya bilərsiniz.

Need a solution? Request a call!

For pricing information about services simply complete the form below and one of our sales professionals will contact you within one business day. Get in touch